Biləsuvarda gənc özünə xəsarət yetirib

Biləsuvarda 28 yaşlı gənc özünə xəsarət yetirib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Arazbarı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü T. Gəncəliyev hər iki qoluna iti alətlə xəsarətlər yetirib.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54