Biləsuvarda bıçaqlanma hadisəsi baş verib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, tanımadığı şəxslə mübahisə zəmində rayonun Bəydilli kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşov Fərid Mehdixan oğlu sağ qolundan bıçaq xəsarətləri alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək Cərahiyyə şöbəsində əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər