Bərdə sakininin avtomobilindən narkotik aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Ə.Sadıqovun idarə etdiyi “Chevrolet” markalı avtomobilindən 88 qram heroin və 112 qram metamfetamin aşkar edilərək götürülüb.