Biləsuvarda avtomobillərin hərəkəti çətinləşib

Kəskin hava şəraiti ilə əlaqədar Biləsuvar rayonunda avtomobillərin hərəkəti məhdudlaşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qarın yağması nəticəsində rayon ərazisindəki avtomobil yolları buz bağlayıb.

Bu səbəbdən nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Qeyd edək ki, hal-hazırda rayon ərazisində mənfi 4 dərəcə şaxta var, qarlı hava şəraiti davam edir.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59