Biləsuvarda avtomobildən silah tapılıb

Biləsuvar rayon sakininin avtomobilində silah aşkarlanıb.

Bu barədə "Report"un Muğan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Belə ki, Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş "Obrez" tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41