Biləsuvar rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Dərvişli kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Bağırlı Lamiyə Siyasət qızını vurub.
Ağır xəsarətlər alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.