Biləsuvarda avtomobilin vurduğu şəxs ölüb

Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili piyada - 2004-cü il təvəllüdlü Aysun Abbaslını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49