Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, Əlifov Nəriman Həsən oğlu idarə etdiyi "VAZ-2115" markalı minik avtomobili ilə kənd ərazisində piyada İslamov Yaşılxan Amanxan oğlunu vurub. Yaralı müxtəlif ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37