Biləsuvarda ağır yol qəzası olub, iki nəfər yaralanıb

Biləsuvar. 21 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində biri qadın olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47