Biləsuvarda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Biləsuvarda 8 yaşlı uşağı minik avtomobili vuraraq öldürüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əliabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolun qarşı tərəfinə keçmək istəyən 8 yaşlı uşağı avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37