Biləsuvar. 9 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda avtomobil 8 yaşlı uşağı vurub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Allahyarlı Nihad Zahir oğlu "VAZ 2106" markalı minik avtomobili tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra, müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.