Biləsuvarda 49 yaşlı kişi kimyəvi məhlul içərək intihar edib 

Biləsuvar rayonunun İsmətli kəndində intihar hadisəsi qeydə alınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Vüqar Bulud oğlu Dövlətov "Neastol" adlı kimyəvi məhlul içib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47