Biləsuvarda 45 yaşlı kişi ülgüclə özünə xəsarətlər yetirib

Biləsuvar rayonunda 45 yaşlı kişi ülgüclə hər iki qolunu doğrayıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində baş verib.

Biləsuvar şəhər sakini, 1978-ci il təvəllüdlü S. Qurbanov hər iki qolunun said nahiyəsini ülgüclə doğrayaraq, özünə xəsarət yetirib.

O, ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47