Biləsuvarda 37 yaşlı qadın intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-ci il təvəllüdlü İsgəndərova Könül Telman qızı yaşadıqları evin hamam otağında özünü asaraq intihar edib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12