Biləsuvarda 27 yaşlı gənc bıçaqlanıb

Biləsuvar. 3 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda 27 yaşlı gənc bıçaqlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Bəybala oğlu Yaqubov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54