Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini yaşadığı evin həyətində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47