​Biləsuvar sakini Salyanda bıçaqlanıb

Bakı. 05 may. REPORT. AZ / Salyanda bıçaqlanma hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Salyan şəhəri Tale Davudzadə küçəsində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayonunun Ovçudərə kənd sakini, 27 yaşlı Samir Ziyafət oğlu Əliyev həmin ünvanda yaşayan bibisigilə qonaq gəlib. Axşam saatlarında naməlum şəxs tərəfindən sağ və sol kürək nahiyəsindən, sol körpücük altından 3 bıçaq zərbəsi alıb. Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49