Biləsuvarda kişi yeznəsini bıçaqlayaraq öldürdü

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nərimankənd kənd sakini, 1982-ci il təvəllüdlü Vəliyev Elxan 3 bıçaq zərbəsi ilə qətlə yetirilib. E.Vəliyevin bacısının yoldaşı, rayon sakini Heydərov Ayxan Emin oğlu arasında mübahisəsi yaranıb. Bu zaman A.Heydərov yeznəsini küçədə bıçaqlayaraq qətlə yetirib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12