Biləsuvar rayonunda avtomobil qaçırılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Muğankənd kənd sakini A.Cəfərov oktyabrın 21-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini T.Rüstəmov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.