Biləsuvar sakini bıçaqlanıb

Biləsuvar. 25 fevral. REPORT.AZ/ Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Muğan bürosunun məlumatına görə, həmin rayonun sakini, Abış Əzizxan oğlu Mayılov sol kürək nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Onu Rövşən adlı şəxsin bıçaqladığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər