Neftçala sakini bədbəxt hadisə ilə üzləşib

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Gündüz Çingiz oğlu öz həyətində iş görərkən diskli kəsici alətlə (laqonda) sağ ayağının barmaqlarını kəsib.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48