Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib

Biləsuvar. 15 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini Yavər Rüstəmova məxsus şəxsi təsərrüfatdan şəxs və ya şəxslər tərəfindən 3 baş qoyun oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37