Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı əmr imzalanıb. 

Əmrə əsasən, Nizami Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.

Qeyd edək ki, N.Mehdizadə, təxminən, iki ildir Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışırdı.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59