Biləcəridə yük qatarında yanğın başlayıb

Bakının Biləcəri qəsəbəsində yük qatarının vaqonunda yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54