Biləcəridə 14 yaşlı yeniyetmə beşbarmaqla döyüldü

Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Rəhimli Fərid Üzeyir oğlu qəsəbənin “Dəmiryol park” deyilən ərazisində tanımadığı şəxs tərəfindən beşbarmaqla döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47