Bakı. 17 avqust. REPORT.AZ/ Beyləqan rayonunda yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, avqustun 16-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini Elnur Nağıyev idarə etdiyi “VAZ-21905” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.