Beyləqanda yeniyetmə yol qəzasında xəsarət alıb

Beyləqan rayonunda 13 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü Əliyev Zaur Müşfiq oğlu xəsarət alıb.

Yaralı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Fakt araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05