​Beyləqanda vətəndaşa məxsus ev yanıb

Bakı. 8 mart. REPORT.AZ/ Beyləqan rayonunun Qəhramanlı qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı ev yanıb.

"Report" xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:58-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17