Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var

Beyləqanda minik və yük avtomobilləri toqquşub.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, MAN markalı yük və "Hyundai" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "Hyundai"ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47