Beyləqanda minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə saat 19:00 radələrində qeydə alınıb.

"Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47