Beyləqanda "Mercedes" aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Beyləqan. 22 may. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Horadiz-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1992-ci təvəllüdlü Toğrul Babayev və sərnişin, 1989-cu il təvəllüdlü Murad Muradov hadisə yerində ölüb. Avtomobildə olan daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05