TƏBİB Beyləqanda yeniyetmənin kanalda batması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

TƏBİB Beyləqanda 15 yaşlı yeniyetmənin kanalda batması ilə bağlı açıqlama yayıb.

Qurumdan "Report"un Qarabağ Bürosuna bildirilib ki, 07.08.2026-cı il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Beyləqan rayonundan sudaboğulma diaqnozu ilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.

"Report"un Qarabağ Bürosu xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər Beyləqan rayonu ərazisindən keçən kanalda bir nəfər batmışdı.

Digər xəbərlər