Beyləqan rayonunda evlərdən oğurluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 900 manat pul və geyim əşyaları, 1 evdən isə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin həyətindən 1 320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib.