Beyləqanda evdən 6600 manat oğurlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Beyləqan rayonunda evdən 6600 manat oğurlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon ərazisindəki evlərin birindən 6600 manat oğurlamaqda şübhəli bilinən Mil qəsəbə sakini Lalə İsmayılova saxlanılıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26