Beyləqanda çağırışa gedən təcili yardım avtomobili qəzaya düşüb

Beyləqan rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb.

“Report”un məlumatına görə, hadisə zamanı sürücü, 1996-cı il təvəllüdlü Azadlı Məhərrəm Əli oğlu xəsarət alıb.

Yaralı digər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və sağ baldır nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43