Beyləqanda avtomobilin vurduğu şagird komaya düşüb

Beyləqanın Dünyamalılar kəndi ərazisində avtomobillə vurulan 10 yaşlı uşaq komaya düşüb.

"Report"un Qarabağ Bürosu xəbər verir ki, 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlu rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə vurub.

TƏBİB-dən "Report"a bildirilib ki, azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19