Beyləqanda avtomobil ağaca çırpılıb: 3 yaralı

Bakı. 17 yanvar. REPORT.AZ/ Beyləqan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, "Mercedes" markalı avtomobil rayonun Milabad kəndi ərazisində idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü Əkbər Hüseyinov ve avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27