Bakı. 30 iyul. REPORT.AZ/ Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev iyulun 29-da evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.