Beyləqanda 17 tüfəng polisə təhvil verilib

Beyləqan rayonunda 17 tüfəng polisə təhvil verilib.

DİN Mətbuat Xidməti Bərdə regional qrupundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50