Beyləqan sakini Bakıda naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində, "Motodrom" adlanan yaşayış sahəsində qeydə alınıb.

Belə ki, yaşayış sahəsində Beyləqan rayon Tuğ kənd sakini, 1987-ci il təvəllüdlü Hüseynov Elşən Nizami oğlu ilə naməlum şəxs arasında mübahisə yaranıb. E.Hüseynov mübahisə zamanı həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Ramin Şahbazov

Digər xəbərlər