Beyləqanda avtomobillər toqquşub, sürücü ölüb, arvadı xəsarət alıb

Beyləqan rayonunda avtomobillər toqquşub, sürücü ölüb, arvadı xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 15 radələrində rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aşıqalılar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər