Beş avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub

Biləsuvar. 11 mart. REPORT.AZ/ Beş avtomobil qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Tahir Abdinov və Natiq Muradov tutulub.

"Report"un Cənub bürosu xəbər verir ki, həmin şəxslər ötən il mayın 16-dan bu il martın 5-dək olan müddətdə 5 avtomobili qaçırmaqda şübhəli bilinirlər.

Tahir Abdinov və Natiq Muradov Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs əvvəllər məhkum olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39