Bərdə. 26 oktyabr. REPORT.AZ/ Video əlavə edlib.
***23:55
Bərdə. 25 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Qaradəmirçi kəndində qeydə alınıb.
Kənd sakini Ramil Əliyevin idarə etdiyi "QAZ-53" markalı yük maşını ilə "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Bərdə rayonu, Alpout kənd sakini, 1966-cı il təvəllüdlü Əli Yahya oğlu Məhərrəmov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.