Bərdədə yol qəzasında xəsarət almış sürücünün şəxsiyyəti məlum olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

Bərdə. 25 avqust. REPORT.AZ/ Bərdə rayonunda baş vermiş yol qəzasında xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan şəxs "VAZ-2106" markalı avtomobilin sürücüsü, Bərdə rayonunun 1984-cü il təvəllüdlü Xanqərvənd kənd sakini Samir Mirzəyevdir.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.


***16:19

Bərdə. 25 avqust. REPORT.AZ/ Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobillə "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə "VAZ"ın sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Yaralının şəxsiyyəti hələ müəyyənləşməyib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər