Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb - ƏLAVƏ OLUNUB

Bərdə. 18 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Gərənə kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Xəlil Teymur oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan, Vasif Vaqif oğlu İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər -  17 yaşlı Namiq Hafiz oğlu Əvəzov, 17 yaşlı Kənan Murşud oğlu Teymurlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47