Bərdədə yol qəzası olub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bərdə. 24 noyabr. REPORT.AZ/ Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adı məlum olub. 

"Report"un yerli bürosununun məlumatına görə, Bərdə rayonunun Yeni Daşkənd kənd sakini Abdulla Məhərrəm oğlu Əliyevin idarə etdiyi "Opel-Vectra" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn, Vidadi Məhərrəm oğlu Hübbətovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq aşıb. 

Nəticədə sürücülər - Bərdə rayon sakinləri, Vidadi Məhərrəm oğlu Hübbətov və Abdulla Məhərrəm oğlu Əliyev, sərnişinlər -                           Bərdə rayon sakinləri, Qurban Ədalət oğlu Vəliyev, Adil Camal oğlu Quliyev və İsmayıl Tacir oğlu Kəlbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


***15:36

Bərdə. 24 noyabr. REPORT.AZ/ Bərdə rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb. 

Belə ki, "Opel-Vectra" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan üç nəfər sərnişin xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər