Bərdədə yol qəzası baş verib, xəsarət alanlar var

Bərdə. 29. Sentyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Buəhmədli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan iki sərnişin - 1993-cu təvəllüdlü Lamiyə Şəfa qızı Ağayeva və Nazilə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27