Bərdədə yol qəzası baş verib, 3 nəfər yaralanıb

Bərdə. 4 sentyabr. REPORT.AZ/ Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza şəhərin Koroğlu küçəsində iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48