Bərdədə yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Bərdədə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonunun Alaçadırlı kəndində  baş verib.

Kənddə həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. 

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər