Bərdədə xəstəxanadan çıxan iki piyadanı avtomobil vurub

Bərdə rayonunda Müalicə Diaqnostika Mərkəzindən çıxaraq yolu keçmək istəyən iki piyadanı avtomobil vurub.

Bu barədə "Report"un Qarabağ Bürosu xəbər verir.

Məlumata görə, hadisə bu gün saat 11 radələrində baş verib.

Xəsarət alan hər iki şəxs ətrafdakı insanların köməkliyi ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinin təcili yardım şöbəsinə yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51